Menu
Sənin kartın

Giorgio Armani

Giorgio Armani

Giorgio Armani – kişi, qadın geyimləri, ayaqqabı, aksessuarlar, saatlar, kosmetika, interyer əşyaları və zərgərlik məmulatları istehsal edən italyan moda evidir. Həmçinin brend L'Oreal Korporasiyası ilə əməkdaşlıq edərək parfüm istehsal edir. Giorgio məktəbi bitirdikdən sonra Bolonia Tibb Universitetinə daxil olur, lakin 2 ildən sonra təhsilini yarımçıq qoyub, hərbi xidmətə gedir. Hərbi xidməti başa vurduqdan sonra Armani, “La Rinascentre” univermağında işə düzəlir.

1964-cü ildə  Armani Cerruti şirkətinə məxsus "Hitman" kişi geyimləri istehsal edən şirkətə assistent kimi işə düzəlir. Daha sonra Emanuel Ungaro və Ermenegildo Zegna kimi dizaynerlərlə birlikdə işləyir.

1975-ci ildə dostu Sergio Galeotti ilə birlikdə Giorgio Armani S.p.A adlı brendini təsis edir. Brendini təsis edərkən kifayət qədər tanınan dizayner, ilk kişi kostyumları kolleksiyasını qəhvəyi və boz çalarda təqdim edir. Pencəklərin fərqli kəsimi kolleksiyanı auditoriyaya qeyri-şərtsiz sevdirir. Daha sonra qadın geyim kolleksiyası təqdim edən dizaynerin bu işi də, əvvəlkinin uğurunu təkrarlayır. 80-cı illərdə Richard Gere “American Gigolo” filmində bu brendin kostyumlarında rolunu ifa etməsi brendə dünya şöhrəti gətirir.  Brendin Le Collezioni, Mani, Junior, Emporio ArmaniArmani Jeans kimi yeni seriyaları işıq üzü görür.

1982-ci ildə L'Oreal Korporasiyası ilə əməkdaşlıq edərək şirkət parfüm istehsalına başlayır. İstehsal seqmentində Armani dəblə kifayətlənməyib digər sahələrdə də özünü sınayır. Armani Casa ev üçün məhsullar, Armani Beauty parfüm və kosmetika, Armani Dolci şirniyyat məmulatları, Armani Fiori gül dekoru, Armani Ristorante restoranları və Dubayda və Milanda  yerləşən Armani otellər şəbəkəsi və s. misal göstərmək olar. Bütün bu şəbəkələr zəriflik və rahatlıq əsasında Giorgio Armani şəxsi fəlsəfəsini təcəssüm etdirir. Bu gün brendin dünyada 2000-dən çox butiki fəaliyyət göstərir. 

Giorgio Armani Acqua Di Gio Homme - Kişilər üçün nəzərdə tutulmuş ətir,fujer-akvatik ətirlər qrupuna aiddir. Ətir 1996-cı ildə istehsal edilmişdir. Parfümerlər: Alberto Morillas, Annick Menardo və Christian Dussoulier.(Laym, Portağal, Neroli, Berqamot, Jasmin, Naringi;) (Tsiklame..
10,00AZN Vergiler Hariç:10,00AZN
Giorgio Armani Acqua Di Gio Profumo Special Blend - Kişilər üçün nəzərdə tutulmuş ətir, fujer-akvatik ətirlər qrupuna aiddir. Ətir 2017-ci ildə istehsal edilmişdir.(Su notları, Berqamot;) (Adaçayı, Bibəriyyə, Ətirşah;) (Paçuli, Büxur.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Giorgio Armani Acqua Di Gioia - Qadınlar üçün nəzərdə tutulmuş ətir, fujer-akvatik ətirlər qrupuna aiddir. Ətir 2010-cu ildə istehsal olunmuşdur. Parfümerlər: Loc Dong, Anne Flipo və Dominique Ropion.(Limon, Nanə;) (Jasmin, Çəhrayı bibər, Bənövşə;) (Şəkər)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Giorgio Armani Acqua Di Gioia (luxe) - Kişilər üçün nəzərdə tutulmuş ətir,fujer-akvatik ətirlər qrupuna aiddir. Ətir 1996-cı ildə istehsal edilmişdir. Parfümerlər: Alberto Morillas, Annick Menardo və Christian Dussoulier.(Portağal, Laym, Naringi, Jasmin, Berqamot, Limon, Neroli;)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Giorgio Armani Code - Kişilər üçün nəzərdə tutulmuş ətir, şərq-ədviyyatlı ətirlər qrupuna aiddir. Ətir 2004-cü ildə istehsal edilmişdir. Parfümer: Antoine Lie.(Berqamot, Limon;) (Ulduz anisi, Zeytun ağacı çiçəyi, Quayak;) (Dəri, Tütün və Tonka paxlası.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Giorgio Armani Code Cashmere - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq-çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2017-ci ildə istehsal olunmuşdur. Parfümerlər:  Carlos Benaim və Dominique Ropion.(Portağal, Sambak, Jasmin;) (Süsən, Heliotrop, Badam südü;) (Paçuli, Dəri, Büx..
10,00AZN Vergiler Hariç:10,00AZN
Giorgio Armani Code Profumo - Kişilər üçün nəzərdə tutulmuş ətir, şərq-ədviyyatlı ətirlər qrupuna aiddir. Ətir 2016-cı ildə istehsal edilmişdir. Parfümer: Antoine Maisondieu.(Yaşıl naringi, Yaşıl alma ,Hil;) (Portağal çiçəyi ,Lavanda ,Muskat qozu;) (Tonka paxlası , Kəhrəba, Dəri...
10,00AZN Vergiler Hariç:10,00AZN
Giorgio Armani Mania - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli, odunsu-müşk ətirlər qrupuna aiddir. Ətir 2004-cü ildə istehsal olunmuşdur. Parfümer: Dominique Ropion.(Büxur, Müşk, Berqamot;) (Qərənfil, Muskat qozu, Zəfəran;) (Süsən, Vanil.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Giorgio Armani Mania Homme - Kişilər üçün nəzərdə tutulmuş ətir, odunsu-ədviyyatlı ətirlər qrupuna aiddir. Ətir 2002-ci ildə istehsal edilmişdir. Parfümer: Francis Kurkdjian.(Portağal, Qarağat, Çəhrayı bibər, Dəfnə;) (Süsən, Pion, Maqnoliya, İnciçiçəyi;) (Kəhrəba, Müşk, Vani..
10,00AZN Vergiler Hariç:10,00AZN
Giorgio Armani My Way 2020 - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2020-ci ildə istehsal olunmuşdur. Parfümerlər: Carlos Benaim və Bruno Jovanovic.(Portağal çiçəyi, Berqamot;) (Tuberoza, Hind jasmini;) (Madaqaskar vanili, Vircinya sidri və..
10,00AZN Vergiler Hariç:10,00AZN
Giorgio Armani Si - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şipr-meyvəli ətirlər qrupuna aiddir. Ətir 2013-cü ildə istehsal olunmuşdur. Parfümerlər: Christine Nagel.(Qarağat yarpağı;) (Ağ freziya, May qızılgülü;) (Vanil, Paçuli, Ambroksan və Taxta notları.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Giorgio Armani Si Fiori - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şipr-çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2019-cu ildə istehsal olunmuşdur. Parfümer: Julie Masse.(Qarağat, Yaşıl naringi;) (Neroli, Qızılgül, Paçuli, Palıd mamırı;) (Vanil və Ağ müşk.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Gösterilen: 1 ile 12 arası, toplam: 16 (2 Sayfa)